30 
Okt
2014
13:11
5
0
570
Virtual karabakh

Nazirlik 22 mindən çox vətəndaşı işlə təmin edib

30 Okt, 2014
13:11
570

Nazirlik 22 mindən çox vətəndaşı işlə təmin edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmin şəxslərin 191 nəfəri əlildir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 814 nəfər vətəndaşın məşğulluğu təmin edilib.

Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, həmin şəxslərin 172  nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 191 nəfərini əlillər, 172 nəfərini qaçqın və məcburi köçkünlər, 148 nəfərini 20 yaşadək gənclər, 32 nəfərini müharibə veteranları təşkil edib.

“Həmçinin şəhid ailəsi üzvləri olan 20 nəfər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 19 nəfər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən 22 nəfər, pensiya yaşına 2 ildən az qalmış 38 nəfər şəxs də kvota üzrə iş yerləri ilə təmin olunub”, - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi  Qaydası»na əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi,  100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri müəyyən edilir.

Xatırladaq ki, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən məşğulluğu təmin edilən vətəndaşların ümumi sayı  22700 nəfər təşkil edib.

G.Z.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri