30 
Okt
2014
18:16
50
9
3443
Virtual karabakh

Azərbaycanda “Mazda” avtomobillərinin reklamına görə – CƏRİMƏ

30 Okt, 2014
18:16
3443

Azərbaycanda “Mazda” avtomobillərinin reklamına görə – CƏRİMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin qanunları pozulub.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Mazda CX-9" markalı avtomobilin "İndi Mazda CX-9-u illik 0% kreditə əldə etmək mümkündür" məzmunlu reklamında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və bilərəkdən yalan reklam əlamətləri aşkar edilmişdir.

Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bununla əlaqədar reklamın sifarişçisi olan "Rotary Motors" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

İşə baxılması zamanı qeyd olunan məzmunlu reklamda "Mazda CX-9" markalı avtomobilin kreditlə əldə edilməsi üçün 40% ilkin ödənişin tələb edilməsi barədə informasiyanın gizlədildiyi, eləcə də reklamın yayımlandığı dövrdə avtomobilin nağd satış qiymətinin kreditlə satış qiymətindən aşağı olduğu halda, reklamda avtomobilin kreditlə satış qiymətinə faiz tətbiq edilməməsi təsəvvürünün yaradıldığı müəyyən edilmişdir.

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Mazda CX-9" markalı avtomobillərin satışını həyata keçirən və qeyd olunan reklamların sifarişçisi qeyd "Rotary Motors" MMC-yə 13,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri