20 
Noy
2014
14:28
15
66
3242
Virtual karabakh

Corc Buş-oğul Putin barədə: Biz bərabər qalib gələ bilmərik

20 Noy, 2014
14:28
3242

Corc Buş-oğul Putin barədə: Biz bərabər qalib gələ bilmərik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SSRİ-nin süqutu ona güclü təsir edib, o düşünür ki, bu, dünya üçün pisdir”.

ABŞ-ın keçmiş prezidenti Corc Buş-oğul Fox News-a verdiyi müsahibəsində bəyan edib ki, Rusiyanın prezidenti Vladimir Putinin öhdəsindən gəlmək üçün ABŞ bütün dünya ilə əlbir olmalıdır.   

Oxu.Az xəbər verir ki, Fox News-a verdiyi müsahibəsində Corc Buş-oğul qeyd edib:

“Bilirsiz, mən prezident olduğum dövrdə Vladimir elə davranmağa başladı ki, sanki siyasətdə bir nəfərin qələbəsi, mütləq digərinin məğlubiyyətidir. Başqa sözlərlə, ya mən, ya da siz qalib gəlirsiz. Biz bərabər qəlib gələ bilmərik... Buna görə də onun öhdəsindən gəlmək üçün biz gələcəkdə də bütün dünya ilə əlbir olmalıyıq”.

ABŞ-ın sabiq prezidenti qeyd edib ki, onun əvvəllər Rusiya prezidenti ilə yaxşı münasibəti olub.

“Sonra isə neftin qiyməti artdı, o daha da müstəqil oldu və Sovet İttifaqının bərpası üçün energetikanı istifadə etməyə başladı. SSRİ-nin süqutu ona güclü təsir edib, o düşünür ki, bu, dünya üçün pisdir. O, bununla Qorbaçovdan seçilir”, - Corc Buş-oğul deyib.

Müsahibədə Corc Buş SSRİ-nin süqutunu “bir ideologiyanın digəri üzərində qələbəsi” adlandırıb və qeyd edib ki, onun atası Corc Qerbert Uoker Buş bunun üçün çox şey edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri