21 
Noy
2014
18:33
41
52
1853
Virtual karabakh

Neftin qiyməti bir barel üçün 81 dolları ötdü

21 Noy, 2014
18:33
1853

Neftin qiyməti bir barel üçün 81 dolları ötdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi analitiklər qiymətlərin ucuzlaşmasını proqnozlaşdırırlar.

Brent markalı neftin qiyməti noyabr ayının 21-də sessiya zamanı bir barel üçün 81 dollardan artıq olub.

Oxu.Az xəbər verir ki, gün ərzində kotirovkalar 2 faizdən artıq yüksələrək son doqquz gün ərzində maksimum həddə çatıb.

Qiymətlər, OPEK-in hasilatın azalması barədə qərarının gözlənilməsi ilə əlaqədar ikinci gündür ki, artır. Kartelin bəzi ölkələri, neft bazarında qiymətlərin düşməsini dayandırmaq üçün kvotaların azaldılması arzusunu ifadə etmişdilər. Bu addımı əsasən İran, Venesuela və Küveyt dəstəkləyirdi. İri dünya ixracatçısı Səudiyyə Ərəbistanı bu barədə hələ şərh verməyib.

Neftin qiyməti son bir neçə ayda İraq, Liviya və ABŞ-da hasilatın artması ilə ucuzlaşıb. Eyni zamanda Avropa və Şərqi Asiya ölkələrində iqtisadi inkişafın sürətinin azalması ilə xammala olan tələbat azalıb.

Bəzi analitiklər qiymətlərin müəyyən müddətdə 50 dollara qədər enəcəyini düşünürlər. Bu zaman dünyada neft hasilatı səmərəli olmayacaq.

Eyni zamanda iri banklar OPEK-in gələn həftə baş tutacaq iclasında kvotaların gözəçarpacaq dərəcədə ucuzlaşacağını proqnozlaşdırmırlar. Kvotaların indiki səviyyədə saxlanılması, və ya onların gün ərzində milyon barelə enəcəyi gözlənilir, bu isə bazara təsir etməyəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri