21 
Noy
2014
23:10
71
52
1363
Virtual karabakh

Türkmənistan gəmilərini Bakı Gəmiqayırma zavodunda tikmək istəyir

21 Noy, 2014
23:10
1363

Türkmənistan gəmilərini Bakı Gəmiqayırma zavodunda tikmək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neft-qaz sənayesində birgə işlər sinerji olunacaq”.

Türkmənistan gəmilərini Bakı Gəmiqayırma zavodunda tikmək istəyir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Türkmənistana səfərindən danışan R. Abdullayev deyib ki,  Azərbaycanla Türkmənistan arasında siyasi baxımdan dost münasibətlər var. O bildirib ki, bu münasibətləri iqtisadiyyat sahəsinə də yönəltmək lazımdır: 

“Mən Türkmənistanda konfransda çıxış etdim. Prezident Qurbanqulu Berdımuhammedov da bizi qəbul etdi. Bizim təkbətək görüşümüz oldu. Gələcəkdə bir çox sahələrdə, logistika, həmçinin xam neft və neft məhsullarının istifadəsi, həmin məhsulların daşınması sahəsində əməkdaşlıq edilməsi imkanları var”

ARDNŞ prezident qeyd edib ki, xüsusən də Türkmənistan öz gəmilərini Bakı Gəmiqayırma zavodunda tikməyə maraq göstərir: “Həmçinin infrastrukturlardan istifadə etmək üçün də razılıq əldə edilib. Həm onlar bizim, həm də biz onların infrastrukturundan istifadə edəcəyik. Neft-qaz sənayesində birgə işlər sinerji olunacaq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri