26 
Noy
2014
11:45
7
54
1492
Virtual karabakh

Azərbaycan 64-cüdür

26 Noy, 2014
11:45
1492

Azərbaycan 64-cüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə İKT sahəsində irəliləyib.

2013-cü ildə Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə dünya reytinqində (ICT Development Index) il ərzində bir pillə irəliləyərək 2012-ci ildəki 65-ci yerdən 64-cü yerə yüksəlib.    

Oxu.Az xəbər verir ki, bu barədə reytinq Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatında dərc edilib.

İKT-nin inkişafı indeksində 166 ölkə İKT-yə çıxış səviyyəsi, onların tətbiqi və bu sahədəki bilikləri üzrə sıralanır.

2013-cü ilin yekunları üzrə reytinqdə birinci yeri Danimarka, ikincini Koreya Respublikası tutub.

Reytinqin ilk 30 ölkəsi sırasına Avropa ölkələri və digər regionların gəlirləri yüksək olan ölkələr, o cümlədən Avstraliya, Bəhreyn, Kanada, Yaponiya, Makao (Çin), Yeni Zelandiya, Sinqapur və ABŞ daxildir.

Avropa “IDI” üzrə 7,14  ilə (maksimum göstərici) göstəricilər üzrə digər regionu – Müstəqil Dövlətlər Birliyi (MDB) regionunu (5,33) xeyli üstələyir. Sonrakı yerlərdə Şimali və Cənubi Amerika (4,86), Asiya-Sakit okean regionu (4,57), ərəb ölkələri (4,55) və Afrika (2,31) qərarlaşıb.

MDB regionunda ən yüksək nəticəyə Belarus (6,89), Rusiya (6,70) malikdir. MDB ölkələrində indeks inkişaf etmiş ölkələr üçün orta göstəricidən aşağı səviyyədədir – 7,20.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri