26 
Noy
2014
13:00
61
11
1406
Virtual karabakh

Daha bir sığorta şirkətinin lisenziyası dayandırıldı

26 Noy, 2014
13:00
1406

Daha bir sığorta şirkətinin lisenziyası dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkətə 6 ay möhlət verilib.

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti “Era-Trans Sığorta” ASC sığorta şirkətinin fəaliyyət lisenziyasını dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması, həmçinin fəaliyyətində yol verdiyi digər pozuntularla əlaqədar “Era-Trans Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 25 noyabr 2014-cü il tarixdən dayandırılıb.

Həmçinin bildirilir ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan pozuntuların aradan qaldırılması üçün 6 ay müddət müəyyən olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri