26 
Noy
2014
17:28
7
1
804
Virtual karabakh

Beyləqana su çəkilir

26 Noy, 2014
17:28
804

Beyləqana su çəkilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Layihənin icrası yekunlaşır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində tədbirləri davam etdirir.

Oxu.Az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir.

Rayonun kəndlərinin 5200, həmçinin bu ərazidə məskunlaşmış 800-dən artıq məcburi köçkünün içməli su problemi də öz həllini tapacaqdır. Quyu ərazisində 2 ədəd anbar, nasos stansiyası tikilib.

Qeyd edək ki, Beyləqan şəhərində içməli su və kanalizasiya sistemləri 1980-ci illərdə yaradılıb.

Layihənin icrasına qədər şəhər sakinlərinin təqribən 30 faizi mərkəzləşdirilmiş qaydada qrafik rejimlə içməli su ilə təmin olunurdu. Digər əhali içməli suya olan tələbatını fərdi qaydada ödəyirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri