26 
Noy
2014
19:15
90
16
4239
Virtual karabakh

Bakının girişində yeni yol tikilir - FOTO

26 Noy, 2014
19:15
4239

Bakının girişində yeni yol tikilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üçzolaqlı yol üzərində uzunluğu 15 aşırımdan ibarət estakada inşa olacaq.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi yola birləşdirilməsi məqsədilə yeni yol tikilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, qeyd edilən yolun ümumi uzunluğu 1 km-dən artıq, eni isə 13 m təşkil edəcək.

Üçzolaqlı yol üzərində uzunluğu 445 m uzunluğunda 15 aşırımdan ibarət estakada inşa olacaq. Hazırda estakadanın başlanğıc  və Dairəvi yola birləşən hissəsində, yəni kənar dayaqların özülündə svayların (qazma-doldurma metodu ilə) quraşdırılması, orta dayaqlarda isə armaturlanma və betonlanma işləri gedir. 

Sözügedən layihə istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Şamaxinka adlanan əraziyə daxil olmadan Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi avtomobil yoluna maneəsiz çıxa biləcəklər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri