26 
Noy
2014
17:22
65
28
1609
Virtual karabakh

Yeni il bayramı ilə əlaqədar satış yarmarkaları keçiriləcək

26 Noy, 2014
17:22
1609

Yeni il bayramı ilə əlaqədar satış yarmarkaları keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Xidməti tərəfindən reydlər keçirilməyə başlayıb.

Bayram ərəfəsində Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları keçiriləcək. 

Oxu.Az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırovun ANS PRESS-ə verdiyi məlumata görə, satış yarmarkaları şəhərin müxtəlif yerlərində, əsasən də əhalinin sıx məskunlaşdığı yerlərdə təşkil olunacaq.

“Yeni il bayramının yaxınlaşması ilə əlaqədar əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcəklər. Əsasən metro çıxışlarında və dayanacaqlara yaxın yerlərdə yaradılacaq satış mərkəzlərində satılan məhsullara xüsusi nəzarət təşkil ediləcək”, - deyə Əliabbas Bağırov bildirib.

Qeyd edək ki, yarmarkalar elə ötən illərdəki ərazilərdə olacaq. Lakin bu il əhalinin təlabatını nəzərə alaraq əlavə yerlərdə də yarmarkalar təşkil ediləcək.

Bayram ərəfəsində və bayram günlərində bazarlarda və satış mərkəzlərində satılan məhsulların keyfiyyətinə və süni qiymət artımının olmaması üçün cidid yoxlamalar keçiriləcək. 

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reydlər keçirilməyə başlayıb.

“Yeni ilin gəlişilə əlaqədar əhalinin bir sıra məhsullara təlabatı artır. Bayramdan əvvəl və bayram müddətində bazarlarda satılan məhsulların keyfiyyətinə nəzarət daha da gücləndirilir. Əsas diqqət bazarlarda insan sağlamlığına ziyan olan məhsulların satılmasının qarşısını almağa yönəldilir”, - deyə Abbas Əliyev bildirib.

Nazirlik rəsmisi deyir ki, bu il imkan verilməyəcək ki, bazarlarda süni qiymət artımı olsun. Buna görə də, xüsusi yoxlama komissiyaları təşkil olunub.

“Reydlərdə əsas məqsədlərdən biri də bazarlarda süni qiymət artımının qarşısının alınmasıdır. Bir də baxırsan ki, təlabatın çoxluğu ilə əlaqədar hansısa məhsulların qiymətində artım müşahidə olunur. Bəzi işbazlar çalışırlar ki, vəziyyətdən istifadə edərək məhsulların qiymətini süni şəkildə qaldırsınlar. Buna imkan verilməyəcək”, - deyə Abbas Əliyev bildirib.

“Nazirlik rəsmisi əlavə edib ki, hansısa qüsur aşkar olunarsa, qanunvericilik əsasında cavabdeh şəxslər cəzalandırılacaq”, - deyə Abbas Əliyev vurğulayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri