27 
Noy
2014
15:35
6
40
1916
Virtual karabakh

PwC’s “After Six Club” – uğurlu adamlar üçün klub! - FOTO

27 Noy, 2014
15:35
1916

PwC’s “After Six Club” – uğurlu adamlar üçün klub! - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Klubun üzvlərinin ikinci görüşü baş tutub.

PwC Azərbaycan şirkəti uğurlu iş adamları üçün PwC’s “After Six Club” interaktiv platformasını yaradıb.  

Klub PwC Azerbaijan dostlarını birləşdirir və onlar üçün məhsuldar ünsiyyət şəraiti yaradır. Klubun əsas məqsədi “İnteraktiv kafe” formatında müzakirə üçün görüşlər təşkil etməkdir. Bu görüşlərin çərçivəsində mövzular üzrə müzakirələr təşkil edilir.

Beləliklə də dünən “Fairmont” otelində “Alov Jazz Bar”da klubun “Big Bosses, Money & Business” adlı ikinci görüşü baş tutub. Qeyd edək ki, “Fairmont” PwC və PwC’s “After Six Club” rəsmi əməkdaşlardır. Tədbirdə mehriban dostluq və əməkdaşlıq atmosferində klub üzvləri tərəfindən qlobal meqa-trendlər mövzusunda müzakirələr aparılıb.

“Daha sonra biz bu yaxınlarda tikilmiş, müasir Bakının simvolu hesab edilən mədəniyyət mərkəzlərindən birində “Cities of Opportunity” adı altında görüş təşkil etməyi, sonra konseptual feşn butiklərin birində “Live. Love. Laugh”, daha sonra isə ən çox zərif cinsin nümayəndələrinin marağına səbəb olacaq “Business on High Heels” təşkil etməyi planlayırıq.

Hər bir tədbirin mövzusunun PwC tərəfindən aparılmış qlobal tədqiqatlar əsasında qurulduğunu PwC Azerbaijan klubunun marketinq və kommunikasiya üzrə meneceri Aysel Süleymanova qeyd edib. O, həmçinin klubun gələcək planları haqqında, proqramın rəsmi əməkdaşları tərəfindən klubun üzvləri üçün yaradılmış eksklüziv şərtlərdən danışıb.

“PwC şirkəti 180 illik tarixə malik bir şirkətdir. Biz qlobal təcrübəmizi müştərilərimiz, eləcə də əməkdaşlarımız ilə yalnız ənənəvi-işgüzar əməkdaşlıq çərçivəsində deyil, eləcə də dostluq və səmimiyyət dolu bir ortamda bölüşməyin labüdlüyünü hiss edirik. Beləliklə də klubun bu görüşünün mövzusu şirkətin əsas nəşrlərindən olan “GEO-nun 17-ci illik qlobal sorğusu” olduğunu açılış mərasimində PwC Azerbaijan-ın partnyoru cənab Petko Dimitriyev öz çıxışında bildirib.

Müxtəlif ölkələrin GEO-su eyni problemlərə necə baxırlar? Hansı ölkələrin GEO-su gəlirin artmasından əmindirlər? Bütün dünyada hansı risklər GEO tərəfindən təhlükəli hesab edilir? Bu və digər suallara PwC Azerbaijan-ın direktoru Culian Xartli öz “GEO-nun 17-ci illik qlobal sorğusu” təqdimatında cavab verib.

“Hər il dünyanın 1500-dən çox iri şirkətinin rəhbərləri ilə sorğu keçiririk, sorğunun məqsədi dünya biznesi qarşısında duran məsələlərin dərin anlayışıdır. Sorğunun nəticələri ənənəvi olaraq Davosda keçirilən Ümumdünya İqtisadi Forumun illik sessiyasında təqdim edilir.

Onlar bizimlə dünya iqtisadiyyatında baş verən dəyişikliklərin onların fəaliyyət sahələrinə və şirkətlərinə nə dərəcədə təsir etdiyi, gələcək inkişaf üçün imkanları nədə gördüklərini, biznesləri qarşısında qısamüddətli və uzunmüddətli perspektivdə qoyduqları məqsədlər barədə fikirləri ilə bölüşürlər”, cənab Hartli öz çıxışında qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri