27 
Noy
2014
20:00
16
56
2627
Virtual karabakh

Vagit Ələkbərov şirkətinin xarici aktivlərini satır

27 Noy, 2014
20:00
2627

Vagit Ələkbərov şirkətinin xarici aktivlərini satır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saziş 138 AZS-nin satışını nəzərdə tutur.

“Lukoil” şirkətinin balansında olan bir sıra xarici aktivlərin satışı şirkətə 1 milyard 862 milyon dollar gətirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Lukoil”ın saytında dərc edilmiş hesabatında bildirilib.

Şirkət həmçinin İraqda yerləşən “Qərbi Kurna” yatağının işlənməsi üçün təzminat kimi 5 milyarda yaxın dollar almağı da gözləyir.

Şirkətin satışa çıxarılacaq aktivlərinin sırasında ilk olaraq “Lukoil-Ukrayna” qrupu durur, onun ümumi dəyəri 231 milyon dollar kimi qiymətləndirilir.

“Lukoil”in Ukraynada olan aktivlərinin satışına dair razılaşma 2014-cü ilin avqust ayının 11-də neft mallarının satışı sahəsində biznesin optimallaşdırılması strategiyası çərçivəsində imzalanıb. Sövdələşmənin sona çatdırılması səlahiyyətli orqanlar tərəfindən müvafiq razılaşmaların əldə edilməsini tələb edəcək.

Çexiya, Slovakiya və Macarıstanda AZS şəbəkəsinin satışı üzrə qiymət 100 milyon avroya bərabər (FOREX bazarında 124 milyon dolların avronun cari kursuna nisbətən) qeyd edilmiş məbləğdən ibarət olacaq. Qrupun Şərqi Avropa aktivlərinin satışı haqqında razılaşma avqusta imzalanıb. Alıcı olaraq Macarıstan şirkətləri MOL Plc. Və Norm Benzinkut Kft çıxış edib.

Saziş Çexiyada, Slovakiyada və Macarıstanda 138 AZS satışını nəzərdə tutur. Hər iki satışın 2014-cü ilin sonuna qədər başa çatacağı gözlənilir. Slovnaft Ceska Republica (MOL Plc.-in törəmə şirkəti) Çexiyada 44 yanacaqdoldurma kompleksindən ibarət “Lukoil” şəbəkəsini alır. Norm Benzinkut “Lukoil”dən Macarıstanda 75 AZS və Slovakiyada 19 AZS alır.

İlin sonuna qədər “Lukoil” tərəfindən Caspian Investment Resources Ltd şirkətində 50%-in satışını başa çatdırmalıdır. Saziş cari ilin aprelində Çinin Sinopec şirkəti ilə bağlanıb. Sazişin qiyməti 1,2 milyard dollar kimi dəyərləndirilib.

Noyabrın 27-də “Komersant” qəzetində “Lukoil”in prezidenti Vagit Ələkbərov İraqın neft naziri Adelem Abdul Mahdidən martın əvvəlindən neft çıxarılmasına başlanılan “Qərbi Kurna 2” yatağında şirkətin xərclərinin ödənilməsinin sürətləndiriləcəyi barədə təsdiqləmə alıb.

Artıq bu il şirkət yatağın işlənməsi üçün 5 milyard dəyərində təzminat alacaq. “Lukoil” 2009-cu ildə yatağın işlənməsi üçün tenderi udub. Hal-hazırda bu yataqda gündəlik neft hasilatı sutkada 330 bareldir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri