27 
Noy
2014
22:00
21
65
2534
Virtual karabakh

Dollar və avronun məzənnəsi 48 və 60 rublu keçib

27 Noy, 2014
22:00
2534

Dollar və avronun məzənnəsi 48 və 60 rublu keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya rublunun ucuzlaşması davam edir.

OPEK-in bu gün neft hasilatının həcmini əvvəlki səviyyədə saxlanılmasına dair verdiyi qərarı fonunda Moskva Birjasında ABŞ dolları və avro tarixi maksimum həddinə yaxınlaşıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə 19.44-də  Moskva Birjasında 1 ABŞ dolları 63 qəpik bahalaşaraq 48,02 rubla bərabər olub. 1 avro isə 72 qəpik bahalaşaraq 60 rubla dəyişdirilib. 

Qeyd edək ki, dollar və avro sonuncu dəfə bu ilin noyabrın 7-də tarixi maksimum  həddə qalxaraq müvafiq olaraq 48,65 və 60,27 rubla bərabər olub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri