Okt
2021
12:12
27
77
1390
Virtual karabakh

“SOCAR Türkiyə” “Petkim” və STAR NEZ-in loqolarını yeniləyir - FOTO

8 Okt, 2021
12:12
1390

“SOCAR Türkiyə” “Petkim” və STAR NEZ-in loqolarını yeniləyir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın fasiləsiz və etibarlı enerji istehsalının rəmzi olan alov təsvirli emblemi “Petkim” və STAR Neft Emalı Zavodunun loqolarında öz əksini tapıb. 

“SOCAR Türkiyə” tərəfindən “Tək SOCAR Tək Alov” yanaşması ilə müəssisələrin loqolarının yenidən nəzərdən keçirilməsində məqsəd korporativ inteqrasiyasını tamamlayan SOCAR-ın güclü sinerjisini bütün qrup şirkətlərinə ötürməkdir.

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə” əməliyyat və mədəni inteqrasiya prosesini tamamladıqdan sonra törəmə müəssisələrində loqoların yenidən nəzərdən keçirilməsini davam etdirir. 

SOCAR-ın fasiləsiz və etibarlı enerji istehsalının rəmzi olan alov təsviri “SOCAR Türkiyə”-nin aktivlərindən olan “Bursagaz” və “Kayserigaz”-ın ardınca “Petkim” və STAR NEZ-in loqolarında da öz əksini tapıb. “SOCAR Türkiyə”- “Tək SOCAR, Tək Alov” yanaşması ilə davam etdirdiyi bu prosesdə “Petkim” və STAR NEZ-in loqolarında da artıq SOCAR-ın alov təsvirli loqosundan istifadə edəcək.  

“SOCAR ALOVU” güclü sinerjimizin ifadəsi olaraq markamızın yaradılmasında öz yerini alır.

“SOCAR Türkiyə” Kommunikasiya və İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri Mikayıl Yusifov həyata keçirilən dəyişikliyi belə şərh edib: 

“SOCAR Türkiyə” olaraq emal, neft kimyası, təbii qaz, enerji təchizatı xidmətləri, logistika və telekommunikasiya sahələrində apardığımız investisiya prosesləri ilə hazırda Türkiyənin ən böyük sənaye holdinqiyik. Məhsuldar, davamlı və daha böyük rəqabət qabiliyyətinə malik bir istehsal üçün müxtəlif sahələrdə fəaliyyət göstərən qrupumuzun şirkətləri arasındakı inteqrasiyanı uğurla tamamladıq. “Tək SOCAR, Tək Alov” proyeksiyamız da yaratdığımız inteqrasiyalı strukturun korporativ əlaqələrdə ifadəsini müvəffəqiyyətlə əks etdirən bir yanaşma oldu. Marka yaradılması prosesində əsas yer tutan loqo dəyişiklikləri üzrə işlərimizin, bir şirkət olaraq malik olduğunuz güclü sinerjinin bütün törəmə müəssisələrimizdə vurğulanmasında SOCAR-ın fasiləsiz alov təsvirinə mühüm əhəmiyyət veririk. Bu güclü yenilənmə və birlik yeni loqoda da hiss edilməlidir. SOCAR-ın keyfiyyətli və innovativ xidmət anlayışını təmsil edən “SOCAR alovu” bundan sonra “Petkim” və STAR NEZ-də də parlayaraq korporativ dəyərlərimizi daha güclü ifadə edəcək”.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri