Okt
2021
13:08
300
41
1750
Virtual karabakh

Ekspert: “Neft və təbii qazın qiyməti Azərbaycanın büdcəsini doldurmağa imkan verəcək”

8 Okt, 2021
13:08
1750

Ekspert: “Neft və təbii qazın qiyməti Azərbaycanın büdcəsini doldurmağa imkan verəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neft və təbii qazın yüksək qiyməti Azərbaycan büdcəsinin gəlir hissəsini doldurmağa imkan verəcək. Bundan başqa, müşahidə olunan qiymət artımı SOCAR şirkətinə investisiya proqramını genişləndirməyə, dövlətə isə sosial-iqtisadi xərclərini artırmağa şərait yaradacaq”.

Bunu “Report”un Rusiya bürosunun müxbirinə yanacaq-energetika kompleksi üzrə ekspert, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev bildirib.

Ekspertin fikrincə, Azərbaycan neft və təbii qazın qiymətinin artımından əldə olunan gəlirin bir hissəsini Qarabağın bərpasına yönəldə bilər.

Onun fikrincə, dünya iqtisadiyyatının karbohidrogenlərə olan ehtiyacının qalması fonunda 2020-ci ildə dünya energetika sahəsinin fundamental əsasları sarsıldı:

“Mahiyyət etibarilə, təbii qazın və neftin yüksək qiymətində müşahidə olunan artım iqtisadi tələb və təklif qanunlarının adi təzahürüdür. Asiya-Sakit okean regionu ölkələrində yüksək inkişaf templərinin saxlanması ilə pandemiyadan sonra bərpa olunan iqtisadi proseslər əhəmiyyətli tələb yaratdı”.

O vurğulayıb ki, 2020-ci ildə müşahidə edilmiş kəskin disbalans dünya resurs bazarının sürətlə artmaqda olan tələbinin təmin edilməsinin iqtisadi və texniki imkanlarının vakuumunda özünü göstərir:

“Qapanmalar səbəbindən ümumilikdə enerji resurslarının, xüsusilə də neftin istehlakı azaldı, belə ki, neftin ilkin istehlakının, təxminən, 60 %-i nəqliyyat sektorunun payına düşür. Qaz sektorunda isə vəziyyət bir qədər fərqli idi. Hələ pandemiyadan öncə ABŞ, Rusiya, Avstraliya və digər ölkələrdə yeni sıxılmış qaz zavodlarının yaradılması ilə dünyanın qaz bazarında CNG-nin xeyli artıq istehsalı müşahidə olunurdu. Bu şəraitdə istehlakda cüzi azalma belə təbii qaz qiymətlərinin çökməsinə səbəb oldu”.

İ.Quliyev deyib ki, soyuq qış səbəbindən Avropa İttifaqı ölkələrində qaz istehlakının artması, Almaniyanın atom enerjisindən imtina etməsi və atom generasiyasını bərpa olunan mənbələrlə tam əvəz etməyin mümkün olmaması hazırda qiymətlə bağlı vəziyyəti sabitləşdirib.

O, daha bir səbəb kimi, Avropanın qaz bazarının liberallaşması nəticəsində təbii qazın qiymətindəki artımı və bir qayda olaraq, Avropadakı qiymətlərdən yuxarı olan Asiyanın qaz bazarının qiymət səviyyəsi ilə bərabərləşməni göstərib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri