28 
Noy
2014
10:46
46
9
2352
Virtual karabakh

Nazir müavini: Türkiyədə BTQ üzrə işlər vaxtında başa çatdırılacaq

28 Noy, 2014
10:46
2352

Nazir müavini: Türkiyədə BTQ üzrə işlər vaxtında başa çatdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Layihədə iştirak edən ölkələrin sayı artacaq”.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi çərçivəsində Türkiyə ərazisində aparılacaq işlər vaxtında başa çatdırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə ADA Universitetində “Mərkəzi Avrasiyada nəqliyyatın gələcəyi” mövzusunda keçirilən konfransda Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Nazir müavini Türkiyədə dəmir yolu layihəsi ilə bağlı aparılan işlərin yubanması haqqında yayılan xəbərləri təkzib edib:

“Belə söhbətlər layihənin həyata keçirilməyə başladığı ilk vaxtlardan yayılır. Demək istəyirəm ki, Türkiyədə işlər davam edir və vaxtında başa çatacaq”.

Onun sözlərinə görə, layihə çərçivəsində həm Azərbaycan, həm də Gürcüstan ərazisində kifayət qədər işlər aparılır.

“Bu nəqliyyat dəhlizi sərhəd-keçid prosedurlarının yaxşılaşdırılması, təhlükəsizlik və vaxt məsələsini həll edəcək. Bu layihədə iştirak edən ölkələrin mədəniyyətlərinin bir-birinə sirayət etməsi qaçılmazdır”.

Nazir müavini onu da əlavə edib ki, bu layihədə iştirak edən ölkələrin sayı artacaq.

Qeyd edək ki, adı çəkilən tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun iştirakı nəzərdə tutulsa da, nazir vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə bu gün Saatlı şəhərində sakinlərlə görüş keçirəcək.

Buna görə də, tədbirdə Ziya Məmmədovu nəqliyyat nazirinin müavini Musa Pənahov əvəz edib.

Ülviyyə R.Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri