Koreyanın Baş naziri NİİM-də – FOTO
Koreyanın Baş naziri NİİM-də – FOTO
Mərkəz ən müasir avadanlıqlarla təchiz olunub.
Noyabrın 28-də Koreya Respublikasının Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) olub.
Oxu.Az xəbər verir ki, Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun müşayiəti ilə koreyalı nümayəndə heyəti Mərkəzin iş fəaliyyəti ilə tanış olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Baş direktoru Elnur Abdullayev qonaqlara Sistemin Azərbaycanda tətbiqindən sonra əldə edilmiş uğurlar, ictimai nəqliyyat, sərnişindaşımaları sahəsində səmərəliliyin artması haqqında ətraflı məlumat verib.
Koreya Respublikasının Baş naziri Çanq Honqvona bildirilib ki, Mərkəz ən müasir avadanlıqlarla təchiz olunub.
Nəqliyyat sahəsində ən böyük monitorun məhz bu mərkəzdə olduğu və bunun vasitəsilə gün ərzində nəqliyyat axınının vəziyyətinə nəzarət edildiyi qonağın diqqətinə çatdırılıb.
Eyni zamanda, Koreya Respublikasının Baş naziri Çanq Honqvon Bakı şəhərində tətbiq olunmuş bu sistemdən heyranlığını ifadə edib və görüşdən çox məmnun qaldığını bildirib.