11 
Okt
2021
12:28
476
23
5783
Virtual karabakh

Türkiyə məhsulları Azərbaycan üçün daha da ucuzlaşacaq - FOTO

11 Okt, 2021
12:28
5783

Türkiyə məhsulları Azərbaycan üçün daha da ucuzlaşacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,89 faiz azalaraq 0,1897 AZN-i təşkil edib.

Oxu.Az-ın məlumatına görə, bu növbəti tarixi minimum hesab edilir.

Bu gün Türkiyədə bir dollar 8,95 lirəyə bərabər olub. Banklar tərəfindən dolların alış qiyməti 8,9567 lirə, satış qiyməti isə 8,9588 lirədən götürülüb.

Partnyor və qonşu ölkələrdə iqtisadi proseslər, həmçinin maliyyə sistemində baş verən dəyişikliklər mütləq şəkildə digər dövlətlərin də maliyyə strukturları tərəfindən nəzərə alınır.

Hazırda lirənin dollar qarşısında dəyərinin aşağı olması Türkiyə məhsullarının xarici bazarda da dollar ifadəsində ucuzlaşmasına gətirib çıxara bilər. Lirənin dəyərdən düşməsinin isə Azərbaycana xüsusi neqativ təsirləri gözlənilmir.

İlkin mərhələdə bu, Türkiyədən pərakəndə alış həyata keçirən şəxslərin büdcəsinə müsbət təsir edə bilər. Hazırda Türkiyədə daxili bazarda da məhsulların qiymətlərində artım müşahidə edilir. Qısamüddətli dövr üçün istehsalçılar adətən gözləmə mövqeyini seçirlər. Çünki, növbəti dövrdə lirə daha da ucuzlaşa və ya bahalaşa bilər.

İndiki qısamüddətli dövr Türkiyədən pərakəndə məhsul alışı həyata keçirənlər üçün fürsət hesab edilə bilər. Lakin Türkiyədəki güclü inflyasiya fonunda bu davamlı olmayacaq. İnflyasiya davam etdiyi müddətdə məzənnə fərqini qapatmaq üçün Türkiyədəki istehsalçılar qiymətlərdə optimallaşdırmalara gedə bilərlər. 

Lirənin Azərbaycan manatının məzənnəsinə təsiri isə güclü ehtimal hesab edilmir. Çünki, manatın məzənnəsi təsir edən əsas faktorlardan biri neftin dünya bazarındakı qiymətidir. Neftin dünya bazarında qiymətinin artması tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir.

Qeyd olunanları nəzərə alsaq, Türkiyə lirəsinin ucuzlaşmasının hazırda manatın məzənnəsinə təsiri gözlənilmir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri