15 
Dek
2014
14:09
179
72
1282
Virtual karabakh

Ziya Məmmədov Xaçmazda vətəndaşları qəbul edəcək

15 Dek, 2014
14:09
1282

Ziya Məmmədov Xaçmazda vətəndaşları qəbul edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qeydiyyat dekabrın 17-də aparılacaq.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov dekabrın 19-da Xaçmaz şəhərində Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı dekabrın 17-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır:

Xaçmaz: “5 saylı Yol İstismarı İdarəsi” (Xaçmaz rayonu, Müşfiq qəsəbəsi)
Quba: “6 saylı Yol İstismarı İdarəsi” (Quba şəhəri, Qasım İsmayılov küçəsi, 43)
Qusar: “7 saylı Yol İstismarı İdarəsi” (Qusar şəhəri, Nürəddin Şərifov  küçəsi, 71)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri