18 
Dek
2014
16:42
42
9
1479
Virtual karabakh

Azərbaycanda yeni aqroparklar yaradıla bilər

18 Dek, 2014
16:42
1479

Azərbaycanda yeni aqroparklar yaradıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni layihələr həyata keçiriləcək.

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn ilə görüşüb. Görüşün məqsədi Avropa Yenidənqurma və İnkişaf Bankının kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi ilə əlaqədar yeni maliyyə çərçivəsinin hazırlanması üzrə müzakirələrin aparılması olub.

Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

Heydər Əsədov Azərbaycanda aqrar sahədə  əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb. Nazir investisiya tələb olunan sahələr barədə məlumat verərək Azərbaycan dövlətinin və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə dəstəyi ilə “Aqropark”ların yaradılması istiqamətində yeni layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Nil Makkeyn “Aqropark”ların, Logistik bazaların yaradılmasına, məhsulun saxlanması istiqamətində  gələcəkdə yeni layihələrin həyata keçirilməsinə, fermerlərin bazara çıxış yollarının daha da yaxşılaşdırılması məqsədilə kənd yollarının bərpasına investisiya qoyulmasına önəm verdiklərini ifadə etdi və gələcəkdə əməkdaşlığıN daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri