18 
Dek
2014
18:05
37
13
1252
Virtual karabakh

“Azərkosmos” Livan yayım bazarına daxil oldu

18 Dek, 2014
18:05
1252

“Azərkosmos” Livan yayım bazarına daxil oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çox məmnunuq”.

MTV Livan Azerspace-1 peykinin tutumlarından istifadəyə dair “Azərkosmos”la anlaşma imzaladığı üçün çox məmnundur.

Oxu.Az xəbər verir ki, bu sözləri MTV-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Jan Tüfengi bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq “Azərkosmos” ASC-yə Livanın telekommunikasiya bazarına daxil olmaq imkanı yaratdığından şirkət üçün böyük əhəmiyyət kəsb edir. Hazırda “Azerspace-1” peykinin Asiya və Avropa şüaları vasitəsilə MTV-nin proqramları Körfəz ölkələri, Orta Şərq, Şimali Afrika və Avropa regionlarında yayımlanır.

Xatırladaq ki, MTV öz SNG (mobil televiziya stansiyası) avadanlıqlarının və Uplink (peykə ötürülən siqnalın qaldırılması) xidmətlərinin idarəetməsini də “Azərkosmos”a həvalə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri