19 
Dek
2014
10:15
39
30
1984
Virtual karabakh

SOCAR xaricə tələbə göndərir

19 Dek, 2014
10:15
1984

SOCAR xaricə tələbə göndərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2015-ci ilin fevralında yeni müsabiqə başlayacaq.

2005-ci ildən İlham Əliyevin tapşırığı ilə Dövlət Neft Şirkətində (SOCAR) təqaüd proqramları uğurla həyata keçirilir. Bu müddət ərzində xarici universitetlərdə 250 azərbaycanlı gəncin təhsili maliyyələşdirilib və Azərbaycanın müxtəlif ali təhsil məktəblərinin 1681 tələbəsinə “SOCAR” adlı təqaüdü verilib.

Oxu.Az xəbər verir ki, bu sözləri dekabrın 18-də SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov Dövlət Neft Şirkətinin Baş ofisində SOCAR və “Total” şirkətlərinin birgə həyata keçirdiyi Fransada təhsil layihəsinin iştirakçıları ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, şirkətin fəaliyyət coğrafiyası genişləndikcə müasir biliklərə yiyələnmiş fransız dilli mühəndis kadrlara da ehtiyac artır:

“Gələcəkdə SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdə belə kadrların bilik və bacarıqlarından istifadə olunacaqdır”.

“Total” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Döni La-Marşal bildirib ki, Təqaüd Proqramı çərçivəsində Fransa universitetlərində neft-qaz sənayesi üçün geofizika, geologiya, neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı, ekologiya mühəndisliyi və digər ehtiyac duyulan ixtisaslar üzrə yerli kadrların hazırlanması məqsədi ilə 2015-2016-cı tədris ili üçün yeni müsabiqə elan olunub:

“2015-ci ilin fevralında başlayacaq müsabiqədə hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Döni La-Marşal qeyd edib ki, təhsillərini davam etdirmək istəyən gənclər üçün “Total” şirkətinin hesabına fransız dili kursları təşkil edilir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri