19 
Dek
2014
12:54
29
58
1001
Virtual karabakh

Nazirlik rəsmisi: Avtobus qəzalarının sayı azalıb

19 Dek, 2014
12:54
1001

Nazirlik rəsmisi: Avtobus qəzalarının sayı azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müvafiq tədbirlər görülür”.

Bu ilin 10 ayında avtobus və yük avtomobilləri ilə bağlı baş vermiş yol-nəqliyyat hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub.

Oxu.Az xəbər verir ki, bu sözləri AzərTAc-a Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatda təhlükəsizlik şöbəsinin müdiri Kazım Şərifov bildirib.

Onun sözlərinə görə, davamlı olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları istiqamətində zəruri tədbirlər həyata keçirilir:

“Sərnişin və yük daşımalarında fəaliyyət göstərən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol verilmiş qayda pozuntuları Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən aşkar olunur və Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən araşdırılaraq pozuntuya yol vermiş daşıyıcılara qarşı müvafiq tədbirlər görülür. Ötən 10 ayda yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz, yaralananların sayı isə 7,9 faiz azalıb”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri