19 
Dek
2014
13:45
52
15
1522
Virtual karabakh

“Azəriqaz” bayramı işdə keçirəcək

19 Dek, 2014
13:45
1522

“Azəriqaz” bayramı işdə keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR məlumat yaydı.

“Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr 2014-cü il tarixindən başlayaraq 05 yanvar 2015-ci il tarixədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Oxu.Az-a bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. 185 nömrəli qaynar xəttin və 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Birliyin Qaz təsərrüfatının istismarı şöbəsində və yerli qaz istismar sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri