19 
Dek
2014
14:47
174
58
961
Virtual karabakh

Ziya Məmmədov Xaçmazda vətəndaşları qəbul etdi – VİDEO

19 Dek, 2014
14:47
961

Ziya Məmmədov Xaçmazda vətəndaşları qəbul etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi müraciətlər yerindəcə həll edilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 19-da nəqliyyat naziri Ziya Məmmədov Xaçmaz şəhərində Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında keçirilən, Nəqliyyat Nazirliyinin digər struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılıb.

Müraciətlər əsasən rayonlararası və kənddaxili yolların bərpası, qəza vəziyyətində olan körpülərin təmiri, dəmiryol keçidlərində təhlükəsizlik, eləcə də işə qəbul məsələləri ilə bağlı olub. Bəzi müraciətlər yerindəcə həll edilib.

Qaldırılan bir sıra məsələlər isə tədbir görülmək üçün nəzarətə götürülüb.

Qəbulda nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri