19 
Dek
2014
15:00
6
45
1937
Virtual karabakh

Bank Respublikadan Yeni il aksiyası – FOTO

19 Dek, 2014
15:00
1937

Bank Respublikadan Yeni il aksiyası – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Alış-veriş marafonu”.

Qarşıdan gələn Yeni il ərəfəsində, 20 dekabrdan – 31 yanvar tarixinədək, Bank Respublika ilə VISA ödəniş sistemi “Alış-veriş marafonuna” start verib.

Oxu.Az xəbər verir ki, bu aksiyanın əsas mükafatı “Mitsubishi Attrage” avtomobilidir.

Kampaniyanın şərtlərinə əsasən, qalib olmaq üçün aksiya müddəti ərzində daha çox alış (tranzaksiyaların sayına görə) etmək tələb olunur.

Aksiyanın iştirakçısı olmaq üçün müştəri qeyd olunan müddətdə sahibi olduğu Bank Respublika-nın VISA kartı ilə ən azı 20 AZN dəyərində bir alış (ödəniş) etməlidir.

Marafonda POS terminal vasitəsilə istər Azərbaycanda istər xaricdə aparılan bütün alış əməliyyatları iştirak edir.

Əsas mükafatdan başqa, ilk beşlikdə qərarlaşan qaliblərə aparıcı dünya brendinin son model smartfonu hədiyyə olunacaq.

Aksiyanın şərtləri ilə daha ətraflı Bankın veb-səhifəsində tanış olmaq olar.

Bank Respublika bütün vətəndaşlarımızı qarşıdan gələn Yeni İl münasibətilə təbrik edir və Yeni il marafonunda uğurlar arzulayır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri