19 
Dek
2014
17:38
48
43
886
Virtual karabakh

Azərbaycan Albaniyanı qazlaşdıracaq - FOTO

19 Dek, 2014
17:38
886

Azərbaycan Albaniyanı qazlaşdıracaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Memorandum imzalandı.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin təmsil olunduğu nümayəndə heyəti Albaniyada səfərdədir.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bu gün Azərbaycan nümayəndə heyəti Albaniyanın Baş naziri Edi Rama, parlamentin sədri İlir Meta, energetika və sənaye naziri Damian Giknuri ilə görüşlər keçirib. Görüşlərdə Albaniya və Azərbaycan arasında enerji sahəsində ikitərəfli münasibətlər, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və regionda həyata keçirilən digər enerji layihələri üzrə əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri