26 
Dek
2014
19:42
74
7
1493
Virtual karabakh

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində işlər tam başa çatdırılıb

26 Dek, 2014
19:42
1493

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində işlər tam başa çatdırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəmir yolunun 2015-ci ildə tam istifadəyə veriləcəyi gözlənilir.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycan və Gürcüstan ərazisində inşa edilən hissəsi istismara tam hazırdır. Yaxın vaxtlarda Gürcüstan tərəfi sınaq qatarını xəttə buraxacaq. Türkiyə hissəsində isə tikinti işləri bir az gecikir. Lakin düşünürəm ki, bu yubanma tez bir zamanda aradan qaldırılacaq və yolun tikintisini nəzərdə tutduğumuz vaxtda başa çatdıra biləcəyik.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin 185 kilometrdir olduğunu xatırladan nazir bu dəmir yolunun 2015-ci ildə tam istifadəyə veriləcəyinə inandığını bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri