20 
Yan
2015
12:15
15
82
7087
Virtual karabakh

Gömrük Komitəsi xaricdən ölkəyə mobil telefon gətirilməsi barədə

20 Yan, 2015
12:15
7087

Gömrük Komitəsi xaricdən ölkəyə mobil telefon gətirilməsi barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elektron ticarət vergidən azad olunmayıb”.

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycana gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılmasına aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, DGK sədrinin birinci müavini Səfər Mehdiyev jurnalistlərə açıqlamasında Azərbaycanın gömrük orqanları mobil telefonların ölkəyə gətirilməsi ilə bağlı ciddi araşdırmalar apardığını bildirib.

“Hazırda bu barədə danışmaq tezdir. Amma qeyd edilməlidir ki, xüsusilə poçt göndərişləri vasitəsi ilə eyni adda eyni aylarda və müxtəlif dövrlərdə mütəmadi olaraq mobil telefonların ölkəyə gətirilməsi nəticəsində vergidən yayınma faktları aşkar edilir. Bir ay ərzində ölkəyə 8 minə qədər bu cür telefon gətirilib.

Bu da təbii ki, ölkənin vergitutma bazası olan gömrük orqanları qarşısında əsas məsələlərdən biridir ki, elektron ticarət vergidən azad olunmayıb. Elektron ticarət də vergiyə cəlb olunmalıdır. Sadəcə bu istiqamətdə müəyyən zamanlar ərzində araşdırmalar aparılır”, - deyə S. Mehdiyev bildirib.

Mobil telefonlarla bağlı çox ciddi araşdırma gedir.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri