22 
Yan
2015
14:06
12
130
3558
Virtual karabakh

Azərbaycanda avtomobil sığortası bahalaşacaq

22 Yan, 2015
14:06
3558

Azərbaycanda avtomobil sığortası bahalaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ciddi yeniliklər nəzərdə tutulub.

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə sığorta tarifləri artırıla bilər. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin şöbə müdiri Mahir Abdullayev bildirib. 

Onun sözlərinə görə, 2015-2017-ci illərdə sığorta bazarının inkişafı ilə bağlı Tədbirlər Planında avtomobillərin icbari sığortası üzrə sığorta məbəğlərinin artımı nəzərdə tutulur: «Sığorta məbləğləri də sığorta haqları ilə birbaşa bağlı olduğuna görə, bu artımı təmin etmək üçün sığorta tariflərinin artımı da baş verə bilər”.

Xatırladaq ki, Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planında  sığorta bazarını inkişafı ilə bağlı ciddi yeniliklər nəzərdə tutulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri