20 
Sen
2017
01:06
38
214
6189
Virtual karabakh

Bakıda evlərin qiyməti bahalaşacaq

20 Sen, 2017
01:06
6189

Bakıda evlərin qiyməti bahalaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekspertin sözlərinə görə, avqust ayında ilkin mənzil bazarında qiymətlər 2 faiz azalıb.

Oktyabr-noyabr aylarında Bakıda daşınmaz əmlak bazarında qiymətlərin artacağı proqnozlaşdırılır.

Oxu.Az-ın məlumata görə, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, sentyabr ayında qiymətlərdə stabilləşmə olur, ancaq oktyabr-noyabr aylarında artım olur.

O qeyd edib ki, bu baxımdan sentyabr ayının yekunu qiymət artımı ehtimal edilmir, ancaq oktyabr-noyabr aylarında danşınmaz əmlak bazarında 4 faizə yaxın qiymət artımının olacağı proqnozlaşdırılır.

N.İbrahimov əlavə edib ki, həm ilkin, həm də təkrar mənzil bazarında da qiymətlərin artacağı istisna deyil.

Ekspertin sözlərinə görə, avqust ayında ilkin mənzil bazarında qiymətlər 2 faiz azalıb, təkrar mənzil bazarında isə qiymətlər 1,65 faiz artıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri