28 
Yan
2015
17:30
180
59
24991
Virtual karabakh

Azərbaycanda iPhone 6-nın qiymətində 100 manat azalma

28 Yan, 2015
17:30
24991

Azərbaycanda iPhone 6-nın qiymətində 100 manat azalma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazarda ciddi dəyişikliklər var.

Azərbaycanda Apple şirkətinin istehsalı olan iPhone markalı smartfonların qiymətində kəskin azalma qeydə alınıb.

Oxu.Az-ın mobil telefon alqı-satqısı ilə məşğul olan şirkətlərin rəsmi satış qiymətləri üzrə apardığı araşdırmaya əsasən, bir həftə əvvəl qiyməti 700 manata çatan iPhone 6 (16 Gb yaddaşa malik) smartfonunu bu gün 599 manata almaq olar. Bir neçə gün əvvəl qiyməti 899 manat təşkil edən iPhone 6 Plus (16 Gb yaddaşa malik) bu gün 769 manata satılır.

Ümumilikdə, bazarda aparılan müşahidələr qiymətlərdə 100-150 manatadək azalmanın olduğunu söyləməyə əsas verir.

Bəs qiymətlərdə belə azalma nədən irəli gəlir?

Əlaqə saxladığımız mobil telefon satışını həyata keçirən şirkətlər qiymətlərdə kəskin azalma olduğunu etiraf etsələr də, bunun hansı səbəbdən baş verdiyini söyləməkdə çətinlik çəkdilər.

Mobil telefon satışını həyata keçirən şirkətlər iPhone markalı smartfonların qiymətindəki dəyişikliklərlə bağlı bu telefonların ölkəyə tədarükü ilə məşğul olan Caspian Mobile şirkəti ilə əlaqə saxlamağı məsləhət gördülər.

Lakin çoxsaylı cəhdlərimizə baxmayaraq, şirkətlə əlaqə saxlamaq mümkün olmadı.

Məsələ ilə bağlı rəyini soruşduğumuz Azərbaycanda mobil telefon bazarı üzrə aparıcı ekspert Ramin Musayevin bildirdiyinə görə, iPhone 6 Apple-nin istehsal etdiyi ən yaxşı smartfon olsa da, son vaxtlar onun satışı, ümumiyyətlə, bütün mobil telefonların satışı azalıb:

“Düşünürəm ki, Caspian Mobile satış həcmini saxlamaq üçün qiyməti endirməklə düzgün addım atıb. Elektron məhsullar bazarında bütün markalar üzrə azalma müşahidə olunur. Bu gün oxudum ki, Gömrük Komitəsi onlayn üsulla xaricdən alınmış mobil telefonların ölkəyə gətirilməsinə qadağa qoyub. Qiymətin azalması normal təzahürdür. Caspian Mobile hər dəfə qiymətləri 100 manat azaldır və bu da növbəti azalmadır.

Düzü, əvvəllər Azərbaycanda qiymətlər çox yüksək idi. Lakin indi Avropada iPhone 6-nın qiyməti 699 avrodur. ABŞ-da isə qiymətlər təxminən 600 manat təşkil edir. Beləliklə, müşahidə etmək olar ki, hazırda Bakıda iPhone 6-nın qiyməti kifayət qədər münasibdir. Düşünürəm Caspian Mobile qiyməti endirməklə düzgün addım atıblar. Bir tərəfdən ölkəyə onlayn şəkildə alınmış mobil telefonları gətirmək qadağan olunub. İndi isə elə bir vəziyyətdir ki, xaricdən ölkəyə telefon gətirilməsinin mənası yoxdur. Xaricdən ölkəyə mobil telefon gətirmək daha baha çıxır, nəinki burada almaq”, - deyə, R.Musayev bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri