29 
Yan
2015
14:01
150
16
6621
Virtual karabakh

Azərbaycanda pivə zavodu bağlanır?

29 Yan, 2015
14:01
6621

Azərbaycanda pivə zavodu bağlanır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət nümayəndəsi açıqlama verdi.

Rusiyada “Baltika”nın bir neçə filialının bağlanması Azərbaycanda şirkətin nümayəndəsi olan “Baltika Baku”nun fəaliyyətinə təsir göstərməyib.

Bu sözləri “Baltika Baku”nun korporativ əlaqələr üzrə nümayəndəsi Fərhad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Şirkət nümayəndəsi bildirdi ki, bu, Rusiya ilə bağlı vəziyyət olduğundan Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, Rusiyanın “Baltika” şirkəti Çelyabinsk və Krasnoyarskda filiallarını bağlayıb.

Şirkət bu qərarı mürəkkəb makroiqtisadi şərait, eləcə də Rusiyada bu sahənin qeyri-stabil tənzimləməsinə və vergilərə görə pivə bazarının düşməsi ilə əlaqədar qəbul etdiyini bildirib.

“Baltika” şirkəti (Carlsberg qrupuna daxildir) əməliyyat fəaliyyətini və istehsalat strukturunu təhlil edərək, Çelyabinsk və Krasnoyarskda filiallarını bağlamaq qərarına gəlib.

Şirkətin qiymətləndirilməsinə görə iki zavodunun bağlanması nəticəsində “Baltika” 560 əməkdaşı ilə vidalaşmalı olacaq, təzminat və dəstək proqramlarının ümumi paketi 300 milyon rubldan artıq olacaq. Nəticədə “Baltika” şirkətinin Rusiyada istehsalat gücü 15% azalacaq. Filiallar 2015-ci ilin aprel ayından bağlanacaq. Şirkətin, Rosstat-a istinadən bildirdiyi kimi 2008-ci ildən 2014-cü ilə qədər olan dövrdə Rusiyada pivə bazarı 30% azalıb.  

Qeyd edək ki, “Baltika Pivəbişirmə şirkəti” MMC Rusiya xalq istehlakı mallarının iri istehsalçılarındandır. Rusiyada “Baltika”ya məxsus 10 zavod, geniş brend portfeli var. “Baltika” Rusiya pivəsinin aparıcı ixracatçısıdır: Rusiya pivəsinin ixracının 67%-i şirkətin payına düşür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri