29 
Yan
2015
16:53
69
10
1126
Virtual karabakh

Gürcü nazir: Bakı-Tbilisi-Qars vaxtında istismara veriləcək

29 Yan, 2015
16:53
1126

Gürcü nazir: Bakı-Tbilisi-Qars vaxtında istismara veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu, həqiqətən də strateji əhəmiyyətə malik layihədir”.

Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili hökumətin iclasında bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsinin ilin sonuna qədər istismara verilməsi üçün bütün şərtlər mövcuddur. 

Oxu.Az xəbər verir ki, nazir hökumət üzvlərini dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərinin gedişi ilə bağlı məlumatlandıraraq deyib ki, relslərin düzülməsi başa çatıb. Onun sözlərinə görə, ötürücü avadanlıqların quraşdırılması və Axalkalaki stansiyasının tikintisi qalıb. 

“Türkiyə tərəfindən də həmçinin tunelin tikintisi üçün intensiv işlər aparılır. Faktiki olaraq, Bakı-Tbilisi-Qars layihəsinin ilin sonuna qədər istismara verilməsi üçün bütün şərtlər mövcuddur. Bu, həqiqətən də strateji əhəmiyyətə malik layihədir”, deyən Giorgi Kvirikaşvili müqavilə üzrə şirkətlərin uğurlu işini xüsusi olaraq qeyd edib. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri