29 
Yan
2015
18:23
82
21
2458
Virtual karabakh

Bakı-London uçuşlarına endirim

29 Yan, 2015
18:23
2458

Bakı-London uçuşlarına endirim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AZAL məlumat yaydı.

“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-London-Bakı (London-Bakı-London) istiqamətindəki uçuşlarında xüsusi aksiya həyata keçirir.

Bu barədə Oxu.Az-a AZAL-dan bildirilib.

Xatırladaq ki, yanvarın 30-dan martın 10-a qədər Bakı-London-Bakı (London-Bakı-London) istiqamətində uçuşların qiyməti cəmi 444 Avro (383 Funt Sterlinq) və ya 392 manat olacaq.

Qeyd edək ki, bundan öncə isə biletlər onlayn alındıqda 486 manata, kassadan alındıqda isə 503 manata satılıb.

AZAL-ın məlumatında göstərilir ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir və yerlər məhdud ola bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri