29 
Yan
2015
18:40
63
3
1560
Virtual karabakh

İstehlaka yararsız məhsullar aşkarlandı

29 Yan, 2015
18:40
1560

İstehlaka yararsız məhsullar aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstehlakçıların nəzərinə!

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, monitorinqlər zamanı Bakının Nəsimi, Yasamal rayonlarında, eləcə də Sumqayıt, Xaçmaz, Hacıqabul, Şirvan, Göyçay, İsmayıllı, Cəlilabad, Masallı, Şəki, Füzuli, Mingəçevir, Gəncədə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Yararsız mallar aşkarlanan mağazalar aşağıdakılardır:

Bakının Nəsimi rayonunda

- Moskva prospekti 46 ünvanında Nemət Sadıqova məxsus mağazada;

Sumqayıt şəhərində

- 29-cu məhəllə, 2/20 ünvanında Orxan Səfərova məxsus mağazada;

- 32-ci məhəllədə Rima Lişanovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ- texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Yasamal rayonunda

- Ç.Mustafayev küçəsi 88 ünvanında Gülarə Həsənovaya məxsus mağazada;

Sumqayıt şəhərində

- 12-ci mikrorayonda Paşa Babayevə məxsus mağazada;

Şirvan şəhərində

- Energetik küçəsi 3 ünvanında Dursun Nəcəfova məxsus mağazada;

Hacıqabul rayonunda

- Navahi qəsəbəsində Şahin Həsənova məxsus mağazada;

Göyçay rayonunda

- Cəyirli kəndində Aydın Həmidova məxsus mağazada;

- Nizami küçəsində Tahir Yusifova məxsus mağazada;

- Natəvan küçəsində İlqar Məmmədova məxsus mağazada;

Xaçmaz şəhərində

- İ.Qayıbov küçəsində Təranə Zülfüqarovaya məxsus mağazada;

İsmayıllı şəhərində

- Koroğlu küçəsində Elşad Səfərova məxsus mağazada;

Cəlilabad şəhərində

- Qurtuluş küçəsində Murtuz Rzayevə məxsus mağazada;

Masallı rayonunda

- Ərkivan qəsəbəsində Nizami Şirəliyevə məxsus mağazada;

Şəki şəhərində

- N.Nərimanov prospektində Tərlan Səmədova məxsus mağazada;

Füzuli rayonunda

- Horadiz şəhəri, 20 Yanvar küçəsində Tahir Hüseynova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri