Fev
2015
20:46
71
17
2673
Virtual karabakh

İBM Azərbaycanda nümayəndəlik açır

1 Fev, 2015
20:46
2673

İBM Azərbaycanda nümayəndəlik açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkətin mütəxəssisləri servis xidməti və texniki dəstək göstərəcəklər.

ABŞ-ın IBM korporasiyası Azərbaycanda rəsmi nümayəndəlik açmağa hazırlaşır, bu barədə IBM-in Azərbaycanda biznesin inkişafı üzrə mütəxəssisi İsmayıl Əliyev Trend-ə bildirib.  

Əliyevin sözlərinə görə, nümayəndəliyin açılması mart ayına planlaşdırılıb. Şirkətin prioritet planlarına Azərbaycanda biznesin genişləndirilməsi daxildir. 

“IBM şirkətinin nümayəndələri Azərbaycanda servis xidməti və texniki dəstək göstərəcəklər. Nümayəndəliyin vəzifələrinə şirkətin yerli bazarda təklif edə biləcəyi məhsulların diapazonunun genişləndirilməsi daxildir.

Bu, proqram-aparat sistemləri, proqram həlləri, analitik sistemlər, mobil sistemlər, “bulud” hesablama texnologiyalarıdır”, - deyə, Əliyev bildirib. 

Hazırda IBM-in proqram-aparat həlləri Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya texnologiyaları institutunda “bulud” hesablamaları texnologiyasının yaradılması üçün istifadə edilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri