Fev
2015
20:05
117
21
11176
Virtual karabakh

Nazirlik rəsmisi: Xaricdən telefon gətirilməsinə qadağa qoyulmayıb

2 Fev, 2015
20:05
11176

Nazirlik rəsmisi: Xaricdən telefon gətirilməsinə qadağa qoyulmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz bunu dəstəkləyirik”.

Mobil telefonların xaricdən Azərbaycana gətirilməsinə qadağa qoyulmayıb.

Sadəcə qanunvericiliyə müəyyən dəyişiklik edilib və orada xaricdən ölkəyə gətiriləcək mobil telefonların miqdarı dəqiqləşdiriləcək.

Xaricdən ölkəyə gətirilməsi nəzərdə tutulan telefonların sayı müəyyən olunduqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Oxu.Az-a bu sözləri rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov xaricdən Azərbaycana mobil telefonların gətirilməsinə qoyulan qadağanın mahiyyətini şərh edərkən bildirdi.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, vətəndaş xarici internet mağazadan qanunda nəzərdə tutulan 1000 dollardan çox olmamaqla hansısa əşya gətirirsə bu, qanunidir:

“Vətəndaş xarici internet mağazadan qanunda nəzərdə tutulan 1000 dollardan çox olmamaqla şəxsi istifadə üçün mal, telefon, televizor və s. alıb poçtla gətirirsə bu, tam qanunidir, biz bunu dəstəkləyirik.

Bunun Dövlət Gömrük Komitəsi tərəfindən ləğv edilməsi nəinki düzgün deyil, ümumiyyətlə DGT-nin heç belə səlahiyyəti yoxdur”.

Osman Gündüz hesab edir ki, məbləğin 1000 dollardan aşağı salınması düzgün addım olmaz:

“Hökumət tərəfindən də bunun ləğvi və ya azaldılması qətiyyən düzgün addım olmazdı”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov  bildirmişdi ki, bəzən elektron ticarətin müsbət tərəfindən istifadə edərək bəzi işbazlar qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərirlər.

“Bu işlərin genişləndirilməsi üçün 2013-cü ilin oktyabr ayından elektron ticarəti poçt vasitəsi həyata keçirməklə ölkəyə gələn mallara gömrük rüsumunun 1000 dollardan çox olan məbləğinə tətbiq olunurdusa, yeni qərara görə bu məbləğin həddi 150 dollara endirilib. Bəzən elektron ticarətin müsbət tərəfindən istifadə edərək bəzi işbazlar qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərirlər. Elektron ticarətdən istifadə etməklə qaçaqmalçılığın qarşısını almaq üçün Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat və Sənaye, Maliyyə Nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə məsləhətləşmələr çərçivəsində məsələni araşdırırıq.

Əgər haradasa bir neqativ hadisə varsa, bu o demək deyil ki, bu texnoloji inkişafı, xidməti dayandırmaq lazımdır. Əsas neqativ hallarla mübarizə aparmaq lazımdır. Dövlət Gömrük Komitəsi, həmçinin iqtisadi və təhlükəsizliklə məşğul olan qurumlar güclü elektron informasiya infrastrukturuna, idarəetmə və izləmə sisteminə malikdirlər. Və biz elektron qaçaqmalçılığın da bu metodlardan istifadə etməklə qarşısını ala bilərik”.

Ə.Abbasov qeyd edib ki, burada əsas məqsəd 1000 dollardan aşağı elektron ticarət vasitəsi ilə ölkəyə gətirilən mallara gömrük rüsumu tutulmaması birinci növbədə əhalinin, əsasən də aztəminatlı əhalinin maraqlarına uyğundur.

“Onların alış-verişini yüngülləşdirmək üçün bu vacibdir. Bu onlara olunan xidmət və verilən güzəştdir. Çalışırıq ki, bu güzəştlər əhali üçün qalsın. Lakin hansısa şəxslər, biznes strukturları bundan istifadə edərək neqativ hallara yol verib, elektron qaçaqmalçılıqla məşğul olurlarsa, biz elə yeni texnologiyanı tətbiq etməklə bunun qarşısını alacağıq. Elektron ticarət vasitəsi ilə əsasən ölkəyə gətirilən mallar mobil telefonlardır ki, bu sahədə ciddi uçot lazımdır. Çalışacağıq elə qərar qəbul edək ki, bu mobil telefonlara şamil olunsa da, digər mallara aid edilməsin”.

Qeyd edək ki, 2013-cü ilin oktyabr ayından elektron ticarəti poçt vasitəsi həyata keçirməklə ölkəyə gələn mallara gömrük rüsumunun 1000 dollardan çox olan məbləğinə tətbiq olunurdusa, yeni qərara görə bu məbləğin həddinin 150 dollara endirilməsi təklif olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri