17 
Fev
2015
16:15
103
33
2190
Virtual karabakh

Azərbaycan “Avro-5”-ə cavab verən benzin istehsal edəcək

17 Fev, 2015
16:15
2190

Azərbaycan “Avro-5”-ə cavab verən benzin istehsal edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR məlumat yaydı.

Heydər Əliyev adına BNEZ-də yeni layihələrin həyata keçirilməsinə start verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, “Avro-5” standartlarının tətbiqi ilə bağlı tədbirlərin sürətləndirilməsi ilə əlaqədar ölkədə fəaliyyət göstərən neftayırma müəssisələrində yenidənqurma işlərinə başlanılıb.

Artıq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə yeni layihələrə start verilib.

Qeyd edək ki, layihələr İtaliyanın Foster Wheller firması tərəfindən həyata keçiriləcək. Tərəflər arasında imzalanmış sənədə görə, bu layihələr 2018-2019-cu illərdə həyata keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri