18 
Fev
2015
12:35
17
192
10772
Virtual karabakh

Hər bir azərbaycanlının xaricə 675 dollar borcu var

18 Fev, 2015
12:35
10772

Hər bir azərbaycanlının xaricə 675 dollar borcu var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik məlumat yaydı.

Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcu barədə məlumatı açıqlayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, bu ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 mlrd. 478,2 mln. ABŞ dolları (5 mlrd. 081,5 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,6% təşkil edib.

Borc vəsaitlərinin 7,3%-i 10 ilə qədər, 60,2%-i 10 ildən 20 ilə qədər, 32,5%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Qeyd edək ki, son statistik məlumatlara görə, Azərbaycan əhalisini sayı 9 milyon 593 min nəfər təşkil edir. Beləliklə, 6 mlrd. 478,2 mln. dollar təşkil edən dövlət borcunu əhalinin sayına bölərək, ölkədə adambaşına 675 dollar xarici borcun düşdüyünü hesablamaq olar.

“Onu da qeyd etmək lazımdır ki, bu, Azərbaycanın maliyyə imkanları fonunda çox kiçik bir göstəricidir. Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti 8,6% təşkil etdiyi halda, Yunanıstanda bu rəqəm 130%-i ötüb”, - deyə, iqtisadçı-ekspert Pərviz Heydərov Oxu.Az-a bildirib.

Xatırladaq ki, adambaşına düşən dövlət borcunun həcminə görə, aşağıdakı dövlətlər ilk beşlikdə qərarlaşıblar:

Yaponiya – hər ölkə sakininə 111 min dollar dövlət borcu, Sinqapur – 56,8 min dollar, İrlandiya – 53,7 min dollar, ABŞ – 53,2 min dollar, Kanada – 44,7 min dollar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri