19 
Fev
2015
10:50
61
20
1548
Virtual karabakh

Bakıda İslam maliyyəsi sisteminə həsr olunan konfrans keçirilir - YENİLƏNİB

19 Fev, 2015
10:50
1548

Bakıda İslam maliyyəsi sisteminə həsr olunan konfrans keçirilir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə İslam maliyyəsi bazarının dövriyyəsi 300 milyon manatdır.

Bu gün Azərbaycan bazarında İslam maliyyəsi bazarının dövriyyəsi 300 milyon manat və ya 400 milyon dollar təşkil edir. Biz istəyirik ki, bu göstərici ilin sonuna kimi 500 milyon manata çatsın. 

Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” adlı beynəlxalq konfransda İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib. 

İqtisadçı bu bazarın ölkələr üzrə göstəricilərini də açıqlayıb. 

“Türkiyədə İslam maliyyəsi ümumi maliyyənin 5.5 faizini, İranda isə 98 faiz təşkil edir. Hətta İngiltərə, ABŞ, Fransa, Almaniyada belə bazar dövriyyəsi var”, - o bildirib.

Öz növbəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin koordinatoru Mustafa Haşim Polad isə bildirib ki, faizlə bağlı problemlər aradan qaldırılarsa, bu halda yastıq altında qalan pulları belə iqtisadiyyata cəlb edə bilərik. 

“Bilirsiz ki, faizlər çox olduğundan insanlar pullarını tədavülə buraxmaqdan çəkinir”, - o deyib. 

09:55

Bu gün Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” adlı beynəlxalq konfrans keçirilir. 

Oxu.Az xəbər verir ki, tədbir İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə İqtisadi Araşdırmalar Mərkəzi (İKAME) tərəfindən təşkil olunub. 

Tədbiri keçirməkdə məqsəd İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, investorları bir araya gətirərək mövzu ətrafında müzakirələr aparmaqdır. 

Beynəlxalq konfransda AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Milli Məclisin üzvləri Şəmsəddin Hacıyev, Ziyad Səmədzadə, Vahid Əhmədov, Əli Məsimli və digər tanınmış simalar iştirak edəcəklər.

“İslam maliyyəsi bu gün 1,3 trilyon dollar həcmində dövriyyəyə malik olub dünyanın 75 ölkəsində 400-dən çox maliyyə təşkilatları tərəfindən idarə olunur”- deyə, tədbirdə deyilib. 

Mütəxəssislər bildirir ki, Azərbaycanda isə artıq 7-dən çox bank, lizinq, mikrokredit təşkilatı tərəfindən İslam maliyyəsi üzrə işlər aparılır.

Ülviyyə.R.Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri