19 
Fev
2015
12:17
68
15
5214
Virtual karabakh

Azərbaycanın dövlət büdcəsinə təkrar baxılacaq

19 Fev, 2015
12:17
5214

Azərbaycanın dövlət büdcəsinə təkrar baxılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hökumət 2 milyard manat ehtiyat vəsait ayırıb.

Neftin qiymətini dövlət büdcəsində 90 dollar götürmüşük. Biz bu rəqəmin çox yüksək olduğunu demişdik. Lakin neftin dövlət büdcəsinə birbaşa təsiri 14%-dir, yəni, 2 milyard 200 milyon manatdır. Mən Dövlət Neft Fondundan 10,3 mlrd. manat həcmində transferi nəzərdə tutmuram.

Əgər neftin qiyməti 10 dollar aşağı düşərsə, bu, Azərbaycanın dövlət büdcəsinə 240-250 milyon dollar civarında təsir göstərir. Əgər 30 dollar azalma olarsa, bu, 750-800 milyon dollar səviyyəsində təsir edir.

Oxu.Az xəbər verir ki, bu sözləri İslam maliyyəsi üzrə Bakıda keçirilən beynəlxalq konfransda deputat Vahid Əhmədov bildirib.

Deputatın sözlərinə görə, bu azalma Azərbaycan üçün böyük problem deyil, “ehtiyatımız var”.

“Dövlət büdcəsinə may-iyun aylarında baxıla bilər. Lakin büdcəyə ciddi təsir olmayacaq. Ümumi götürdükdə isə, neftin qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına çox ciddi təsiri var, çünki bizim iqtisadiyyatımız neftdən-qazdan asılı iqtisadiyyatdır”.

Deputat həmçinin büdcə xərclərində aparılacaq ixtisarlara toxunub:

“Birmənalı olaraq deyirəm ki, sosial layihələr ixtisar olunmayacaq. Biz 7 milyard manat həcmində investisiya layihələrini nəzərdə tutumuşuq. Artıq Azərbaycan hökumətinin qərarı çıxıb. 7 milyard manatın 2 milyardı ehtiyat kimi saxlanılıb”.  

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri