27 
Fev
2015
17:00
17
270
5420
Virtual karabakh

Aydın Əliyev manatın devalvasiyasının gömrük sisteminə təsirindən danışdı

27 Fev, 2015
17:00
5420

Aydın Əliyev manatın devalvasiyasının gömrük sisteminə təsirindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı.

“Gömrük rüsumları əvvəl də ABŞ dolları ilə hesablandığından manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir”.

Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bunu jurnalistlərə Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev deyib.

“ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı. Gömrük faizləri istər idxal-ixrac, istərsə də əlavə dəyər vergisi və aksiz dərəcələri əvvəlki kimidir”, - deyə A. Əliyev bildirib. 

DGK sədri onu da qeyd edib ki, məzənnə siyasətinin dəyişdirilməsi ilə əlaqədar gömrük rüsumlarına yenidən baxılması gözlənilmir.

“Gömrük rüsumları və aksiz dərəcələri ilə bağlı olan məsələlərə adətən növbəti ilin büdcəsi və plan-proqnozlar müzakirə olunarkən baxılır. İl yeni başlayıb, ona görə də bu məsələlər gündəmdə deyil”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri