27 
Fev
2015
18:31
147
28
4937
Virtual karabakh

Daha bir market sahibi cəzalandırıldı

27 Fev, 2015
18:31
4937

Daha bir market sahibi cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik məlumat yaydı.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 56 ünvanında fiziki şəxs Xalid Ağayevə məxsus “Red” marketdə apardığı yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri