27 
Fev
2015
20:45
24
143
6548
Virtual karabakh

Qiymət artımı ilə bağlı rəsmi açıqlama - VİDEO

27 Fev, 2015
20:45
6548

Qiymət artımı ilə bağlı rəsmi açıqlama - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artımın qarşısının alınması üçün hökumət monitorinqlərə başlamalıdır.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin artması təkcə milli valyutanın məzənnəsindəki dəyişiklərlə bağlı deyil. 

Oxu.Az-ın ANS TV-yə istinadən məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazir, onu da əlavə edib ki, həm yerli, həm də idxal olunan kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə olunan qiymət artımının qarşısının alınması üçün hökumət monitorinqlərə başlamalıdır.

“Siyasi qərarlardan tutmuş, beynəlxalq arenada, eləcə də qonşu ölkədəki baş verən məzənnə dəyişikliyi, bu kimi onlarla faktor təsir edir. Bütün bu amillər kontekstində monitorinqlər aparılmalıdır ki, təsir edən amillər nədən ibarətdir. Təsir edən amillərin neqativ təsirinin aradan qaldırılması üçun dövlət ətərəfindən hansı tədbirlər görələcək. Məhsulun maya dəyərinin aşağı salınması, təklifin artırılması, güzəştlərin yüngülləşdirilməsi və s. bu konteksdə əks qabaqlayıçı tədbirlər görüləcək ki, bu qiymət artımına yol verilməsin” – deyə Heydər Əsədov bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri