Mar
2015
11:37
58
11
3188
Virtual karabakh

IBM-in Azərbaycan nümayəndəliyi açıldı - YENİLƏNİB

5 Mar, 2015
11:37
3188

IBM-in Azərbaycan nümayəndəliyi açıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nümayəndəlik özəl sektorla da əməkdaşlıq etməyi planlaşdırır.

Biz çalışacağıq IBM şirkəti ilə işlərimiz təhsil sektorunda da reallaşa bilsin. Güman edirik ki, şirkət ali məktəblərlə də işləyərək ölkəmizə öz töhfəsini verəcək. 

Oxu.Az xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə IBM şirkətinin Bakı ofisinin açılışı məqsədilə təşkil olunmuş mətbuat konfransında bildirib. 

Öz növbəsində IBM korporasiyasının inkişaf edən ölkələr üzrə baş direktoru Eray Yüksək bildirib ki, şirkət təkcə Azərbaycan hökuməti ilə deyil, o cümlədən özəl sektor, məsələn bank, telekommunikasiya, logistika sahələrində də əməkdaşlığı planlaşdırırıq. 

“Güman edirəm ki, yeni texnologiyaların tətbiqi şirkətlər arasında rəqabətliliyin də artmasına gətirib çıxaracaq”, - deyə, Eray Yüksək bildirib.   

10:40

Bu gün IBM korporasiyası Bakıda yeni ofisinin açılışını elan edib. 

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin bu gün keçirdiyi mətbuat konfransında məlumat verilib. 

“IBM şirkəti inkişaf etməkdə olan bazarlarda fəaliyyətinin genişlənməsinə xüsusi diqqət ayırır. Yüksək inkişaf tempinə və artmaqda olan rəqabətqabiliyyətliliyə malik bazarların yaratdığı imkanların əhəmiyyətini biz çox yaxşı anlayırıq. 

Fəaliyyətimizin regional əhatəsinin genişləndirilməsi strategiyası uğurla həyata keçirilir və uzunmüddətli xarakter daşıyır. Bu işdə Azərbaycan bizim üçün hakim mövqedə qərarlaşıb”, - deyə IBM-in inkişaf edən ölkələr üzrə baş direktoru Eray Yüksək bildirib. 

Öz növbəsində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu, İKT sektoruna xarici investisiyalar üzrə milli strategiyanın inkişaf etdirilməsində əhəmiyyətli rola malik olacaq. 

“Şirkətin Bakı ofisinin fəaliyyətə başlaması yerli və xarici şirkətlərlə əməkdaşlığın genişlənməsinə və gələcəkdə möhkəmlənməsinə təkan verəcək”, deyə nazir müavini bildirib.

Qeyd edək ki, IBM korporasiyası texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli şirkətdir.

Ülviyyə R. Əli
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri