Mar
2015
11:10
31
144
3986
Virtual karabakh

Azərbaycan Avropa oyunları üçün 151 “Iveco” avtobusu alacaq

5 Mar, 2015
11:10
3986

Azərbaycan Avropa oyunları üçün 151 “Iveco” avtobusu alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtobuslar idmançılar və tamaşaçıları daşıyacaq.

Çexiyanın yük avtomobili və avtobuslar istehsalçısı olan “Iveco Czech Republic" şirkəti 151 avtobusun Bakıya çatdırılması ilə bağlı müqavilə bağlayıb. 

Bu barədə Oxu.Az prague-express.cz saytına istinadən xəbər verir. 

Azərbaycan I Avropa oyunlarına hazırlaşır və artıq infrastruktur tikilib. Çex avtobusları idmançılar və tamaşaçıları daşıyacaq. 

Müqaviləni Çexiyanın EGAP dövlət sığorta şirkəti sığortalayıb. 

Müqavilənin dəyəri təxminən 900 milyon kron (38 milyon manat) təşkil edir. 

Ümumilikdə EGAP şirkəti Çexiyadan Azərbaycana məhsul və xidmətin tədarükü üzrə 53 milyard kronluq müqavilələri sığortalayıb. 

Çexiya şirkətləri Azərbaycanda infrastruktur layihələrində, avtomobil və dəmir yollarının modernləşdirilməsində daha çox iştirak edir. 

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri