Mar
2015
15:10
5
13
462
Virtual karabakh

SOCAR gürcü kəndlərinin qazlaşdırılmasına 9 milyon manat xərcləyib

5 Mar, 2015
15:10
462

SOCAR gürcü kəndlərinin qazlaşdırılmasına 9 milyon manat xərcləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət məlumat yaydı.

SOCAR Gürcüstan kəndlərinin qazlaşdırılmasına 19 milyon lari və ya 9 milyon manatdan çox pul xərcləyib.

Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Qeyd edək ki, bu gün Gürcüstanın Zemo və Kvemo Nikozi, Zemo Hviti və Erqneti kəndləri qazlaşdırılıb. Adıçəkilən 4 kənddə 1051 ailə qazla təmin olunub, hər bir evdə sayğac qurulub.

Xatırladaq ki, bu məqsədlə təşkil olunmuş görüşdə Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxi Kaladze, Şida Kartli regionunun qubernatoru Zurab Rusişvili, Qori bələdiyyəsinin rəhbəri David Oniaşvili, “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov, Gürcüstan qaz nəqliyyatı şirkətinin baş direktoru Mamuka Kobaxidze iştirak edib.

“Qori, Kareli, Kaspi, Xaşuri və Zuqdidi bələdiyyələrində 58 kəndin qazla təchizatı üçün tikinti işləri davam edir. Tikinti işləri başa çatdıqdan sonra burada 13 000 ailə qazla təmin olunacaq” - deyə, SOCAR-ın məlumatında deyilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri