Mar
2015
18:25
66
11
1410
Virtual karabakh

Nazirlikdən daha bir reyd

5 Mar, 2015
18:25
1410

Nazirlikdən daha bir reyd

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir.

Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Kürdəmir şəhəri, H.Əliyev prospekti, ev 50/6 ünvanında Toğrul Məmmədova məxsus marketdə, eləcə də Gəncə şəhəri, Təbriz küçəsində Surxay Rəhimova məxsus “Təbriz” marketdə aparılan yoxlama zamanı malların yarlığında göstərilən qiymətlərlə, nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımı yaratmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri