18 
Mar
2015
22:06
147
63
28694
Virtual karabakh

Azərbaycan Beynəlxalq Bankının sədri işdən çıxarıldı

18 Mar, 2015
22:06
28694

Azərbaycan Beynəlxalq Bankının sədri işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Nazirliyi ABB-yə dəstək vəd etdi.

Martın 18-də Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclası keçirilib.

Oxu.Az ABB-nin saytına istinadən xəbər verir ki, bankın Müşahidə Şurasının iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri